Zaxarova Qarabağdan danışdı - Sülhməramlıları təriflədi

Zaxarova Qarabağdan danışdı - Sülhməramlıları təriflədi

27 Sentyabr 2023, 13:02

"Qarabağda vəziyyət ağır olaraq qalır və Rusiya tərəfi əhalinin normal həyatını təmin etmək üçün fəaliyyətini davam etdirəcək".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qarabağdakı vəziyyətlə bağlı danışarkən deyib.

 

Sözçü Xankəndi yaxınlığında baş vermiş partlayışda ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

 

"Rusiya sülhməramlıları yanğının söndürülməsində fəal iştirak edib və zərərçəkənlərə yerindəcə tibbi yardım göstərib, onları Ermənistanda müalicə olunmaq üçün helikopterlə təxliyə ediblər. Sülhməramlılar regionda sabitləşdirici rol oynayır", - deyə o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?