Modern.az

Separatçılar Qozlukörpü-Həsənli yolunu minalayıblar - VİDEO

Separatçılar Qozlukörpü-Həsənli yolunu minalayıblar - VİDEO

27 Sentyabr 2023, 19:19

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

 

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

 

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi