Modern.az

Ermənilərin qırğınlar törətdiyi kənddən görüntülər - VİDEO

Ermənilərin qırğınlar törətdiyi kənddən görüntülər - VİDEO

3 Oktyabr 2023, 17:14

Antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçən Şuşa rayonunun Quşçular kəndinin görüntüləri yayılıb.

 

Qeyd edək ki, 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.

 

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.

 

Modern.az həmin görüntüləri təqdim edir:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi