Arayik Aryutyunyan tutuldu - Bakıya GƏTİRİLİR

Arayik Aryutyunyan tutuldu - Bakıya GƏTİRİLİR

Qarabağ

3 Oktyabr 2023, 20:28

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Arutyunyanı saxlayıblar.

 

Modern.az xəbər verir ki, hazırda o, Bakıya gətirilir.

 

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?