"Moskva gözləyir ki, İrəvan Rusiya-Ermənistan tərəfdaşlığının əhəmiyyətini adekvat qiymətləndirəcək".
Modern.az xəbər verir ki, bunu RBK-ya Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.
"Rusiya sülhməramlılarının Qarabağdakı missiyası tələb olunandan çox olaraq qalır, konflikt situasiyasına hələlik son qoyulmayıb. Rusiya Federasiyası Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edir. Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir. Əgər Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilənləri nəzərə alarsa, Rusiya Federasiyası, Aİ və ABŞ Bakı ilə İrəvan arasında nizamlanma üzərində birgə işləyə bilər", - Qaluzin söyləyib.
O iddia edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi Qarabağ ermənilərinin hüquqlarını təsbit etməlidir: "Moskva bununla bağlı tərəflərə ideyalar təqdim edib".