Modern.az

Nazir Qarabağdakı silahların müsadirəsilə bağlı tapşırıq verdi

Nazir Qarabağdakı silahların müsadirəsilə bağlı tapşırıq verdi

Qarabağ

9 Oktyabr 2023, 16:57

Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən, ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə tapşırığı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə verib.

 

General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu