Modern.az

Füzuli sakini: Qarabağ mənim qibləgahımdır...

Füzuli sakini: Qarabağ mənim qibləgahımdır...

11 Oktyabr 2023, 08:30

Füzulidən 40 yaşımda çıxmışdım. Bu gün mənə və bütün azərbaycanlılara bu sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirəm. Ulu Öndər Heydər Əliyevin ruhu indi şaddır ki, xalqı doğma yurduna qayıdır.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli sakini Qumru Səlimova oktyabrın 11-də Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən keçmiş məcburi köçkünlərin Füzuli rayonuna yolasalma mərasimi zamanı deyib.

 

"Allah şəhidlərimizə rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm. Qazilərimizə isə cansağlığı arzulayıram. Onlar Ali Baş Komandanın bir çağırışı ilə birləşib, "dəmir yumruğ"a dönərək düşmənin başını əzdi", - deyə keçmiş məcburi köçkün bildirib.

 

Doğma yurduna dönəcəyinə hər zaman ümidli olduğunu deyən Füzuli sakini deyib: “Qarabağ mənim Məkkəm, Mədinəm - qibləgahımdır. Dünyanın ən gözəl yeri oradır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu