Modern.az

Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir - PESKOV

Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir - PESKOV

Qarabağ

11 Oktyabr 2023, 13:20

Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O qeyd edib ki, Ermənistanla bu mövzuda təmaslar davam edəcək. 

 

"Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir", - Peskov vurğulayıb.

 

Peskov, həmçinin qeyd edib ki, Rusiya potensial olaraq Fələstin-İsrail münaqişəsinin həllində iştirak edə bilər.

 

"Səudiyyə Ərəbistanının energetika nazirinin Rusiya Federasiyasına səfəri Yaxın Şərqdəki münaqişə fonunda neft bazarlarındakı vəziyyəti müzakirə etmək üçün yaxşı fürsətdir", - o bildirib.

 

"Rusiya üçün Fələstin-İsrail münaqişəsi ətrafında yaranmış vəziyyətdə prioritet onun vətəndaşlarının taleyidir. Volodinin köçkünlər və Maqadan haqqında söylədiyi sözlər açıq-aşkar anti-Rusiya mövqeyi tutanlara aiddir. Rusiya Federasiyası həmişə açıq-aşkar anti-Rusiya mövqeyi tutmayan köçkünləri gözləyir, bu onların vətənidir. Neft bazarları İsrail ətrafında baş verən hadisələrə həssasdır, ona görə də Rusiya Federasiyasının OPEC+ tərəfdaşları ilə koordinasiyasını çox qiymətləndirmək olmaz", - deyə sözçü əlavə edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu