Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin daha bir müşahidə məntəqəsi bağlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.