Modern.az

200 illik problemin həlli: Tarixçilərin üzərinə böyük məsuliyyət düşür...

200 illik problemin həlli: Tarixçilərin üzərinə böyük məsuliyyət düşür...

16 Oktyabr 2023, 15:50

Oktyabrın 15-də Azərbaycan xalqı tarixi günə şahidlik etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə ucaltdı və xalqa müraciət etdi. Prezidentin bu addımı heç şübhəsiz tarixin qızıl səhifələrinə yazılacaq. 

 

Prezident İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, - deyə dövlətimizin başçısı bildirib.

 

Bu hadisə nəinki Azərbaycan, eləcə də dünya tarixində dəqiq iz buraxacaq. 

 

Modern.az-a danışan Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib ki, 15 oktyabrda Prezident İlham Əliyevin Azərbaycan bayrağını Xankəndidə bayraq ucaltdığı 15 oktyabr təqviminin müqayisəolunmaz tarix olduğunu qeyd edib: 

 

"Cənab Prezident İlham Əliyevin dövlət bayrağını 15 oktyabrda-dövlət başçısı seçilməsinin 20-ci ilində Xankəndidə ucaltması Azərbaycan tarixində nisbi-bərabəri olmayan bir hadisədir. Bu gün Azərbaycan xalqı üçün milli qürur, başıucalıq günüdür. Bu hadisə 100 illiklərdən bəri millətimizə qarşı qurulan planların, "dənizdən dənizə böyük Ermənistan" layihələrinin, Ermənistanı müdafiə edənlərin dəfn edilməsidir. 15 oktyabr hadisəsi Azərbaycan tarixində müqayisə olunmaz bir gündür. Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən  sonra nəyi dedisə, onu da mükəmməl şəkildə həyata keçirdi. Hesab edirəm ki, 15 oktyabr millətimizin bundan sonrakı min illiklər tarixində yeni bir mərhələnin, yolun başlanğıcıdır. Ona görə 15 oktyabr tarixini  ümumilli miqyasda bayram günü kimi qeyd etmək bütün millətimizin ürəyindən olardı".

Musa Qasımlı Prezident İlham Əliyevin Xankəndidə bayraq qaldırmasının nasizm üzərində qələbə kimi əhəmiyyətli tarixi hadisə olduğunu söyləyib:


"Cənab Prezident yüz ilin səhvini düzəltdi. Millətin üzərindən ləkəni sildi. Qondarma Qarbağ Muxtar Vilayətini tarixin zibilliyinə atdı. Zəngəzur dəhlizini siyasi leksikonumuza gətirdi. Bu hadisə, hesab edirəm ki, nasizm üzərində qazanılan qələbə qədər əhəmiyyətlidir".

 

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev Prezidentin 15 oktyabr tarixində Xankəndidə bayraq qaldırmasının tarixçilərin üzərinə böyük məsuliyyət qoyduğunu deyib:

 

"Bu, çox böyük tarixi hadisədir. 1805-ci ildən sonra Azərbaycan ilk dəfə Qarabağ üzərində tam hakimiyyətini bərqərar edib. 1991-ci ildən sonra ilk dəfə Azərbaycan bayrağı yenidən Xankəndi üzərində dalğalandırılıb.  Sözsüz ki, tarixçilərimizin üzərinə çox böyük məsuliyyət düşür. Bu məsələlərə tarixi nöqteyi-nəzərdən layiqli qiymət vermək, bu hadisələri dərindən araşdırmaq lazımdır. 2-ci Qarabağ müharibəsində qələbəmiz, 3 il ərzində gedən proseslər, bu hadisələrin sonu kimi bayrağımızın Xankəndidə dalğalanması  ayrıca tədqiqat mövzusu olmalıdır.  Biz tarixçilər bu istiqamətdə araşdırmalar aparmalıyıq". 

Tarixçi 15 oktyabrla bağlı müqayisələr aparıb:

 

"Bu hadisə 2020-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Ordusunun azad olunmuş ərazilərdə bayrağımızı dalğalandırması ilə müqayisə edilə bilər. Müharibədən sonra Azərbaycan Prezidentinin azad olunmuş bölgələrə  səfərləri, Füzuli, Cəbrayıl və Şuşada qaldırdığı bayraqla müqayisə oluna bilər. Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etdi.1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin 2020-ci ilə qədər müstəqillik aktında bizim dövlətimizin bəyan etdiyi ərazilərə biz tam nəzarət edə bilmirdik. 2023-cü ildə keçmiş Dağlıq Qarabağ ermənilərdən azad oldu. Qarabağ tamamilə qaytarıldı. Bu isə misilsiz tarixi hadisə kimi yüz illər boyu öyrəniləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər