Modern.az

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı... 

Xaçatryan sirləri açdı: Plan Xankəndidə hazırlanmışdı... 

18 Oktyabr 2023, 11:48

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın məhkəməsi davam edir.

 

Modern.az xəbər verir ki, iclasda Xaçatryan zərərçəkmiş şəxslərdən birinin ifadəsinə münasibət bildirərkən Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib.

 

O vurğulayıb ki, hücum edənlər Ermənistandan, xaricdən gələnlər, həmçinin Daşnaksütyun Partiyasının üzvləri olublar.

 

“Dəstənin başçıları Xankəndidən idi. Amma adlarını bilmirəm. Ancaq bizim kənddən iştirak edənləri tanıyıram”, - Xaçatryan qeyd edib.

 

Xaçatryan həmin hadisələrdə iştirak etmədiyini iddia edib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçatryanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərdən birinin o olduğunu bildiriblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər