Özünü buraxmış Qarabağ separatçılarının qondarma qurumunun "ordu"sunun hərbçiləri Ermənistan Silahlı Qüvvələrində xidmətini davam etdirə bilər.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
"Qarabağlı hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmətinin davam etdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr gedir", - deyə nazir müavini vurğulayıb.
"Sərhəddə vəziyyət nisbətən sabitdir", - A.Sarkisyan bildirib.