Modern.az

Qarabağ Azərbaycana məxsusdur - LAVROV

Qarabağ Azərbaycana məxsusdur - LAVROV

23 Oktyabr 2023, 22:34

Qarabağ Azərbaycana məxsusdur.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşması ilə bağlı praktiki addımlar atmaq lazımdır.

 

"Hər şeydən öncə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və hansısa maneə olmadan nəqliyyat və iqtsadi əlaqələrin qurulması qalır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair bu aspektlər birbaşa olaraq “3+3” formatında müzakirə olunmur. Tərəflərin razılaşdığı kimi bunun üçün ayrıca kanallar var. Rusiya bütün bu proseslərdə əlaqələndirici rolunu oynayır. Lakin “3+3” platforması özü-özlüyündə Azərbaycan və Ermənistanın iştirak etdiyi digər əlavə platformalar kimi Bakı ilə İrəvan arasında qalan problemləri həll etməyə obyektiv kömək edir”, - Lavrov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər