Modern.az

Paşinyan Qarabağ ermənilərinin gələcək aqibətindən DANIŞDI

Paşinyan Qarabağ ermənilərinin gələcək aqibətindən DANIŞDI

26 Oktyabr 2023, 09:20

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin gələcəyindən danışıb.

Modern.az-ın məlumatına görə, “The Wall Street Journal”a müsahibəsində baş nazir bildirib ki, qısa müddətdə hökumətin vəzifəsi qaçqın vəziyyətinə düşmüş soydaşlarının ən aktual ehtiyaclarını ödəməkdir.

“Orta müddətli perspektivdə onların layiqli həyat sürmək imkanını təmin etməliyik. Bizim yanaşmamız ondan ibarətdir ki, əgər onların Qarabağa qayıtmaq imkanı və ya arzusu yoxdursa, biz onların Ermənistan Respublikasında qalmaları, yaşamaları və işləmələri üçün hər şeyi etməliyik”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, erməni köçkünlərin gələcəyinin necə olacağı daha çox Azərbaycanın onlara hansı təklifi verməsindən, hansı mövqe tutmasından, Azərbaycanın hansı şəraiti yaratmasından asılıdır.

Baş nazir deyib ki, çox böyük səylər göstərmək lazımdır ki, Qarabağ ermənilərinin geri qayıtmaq arzusu olsun.

“Bunlar çox ciddi və dərin məsələlərdir”, - deyə Ermənistan hökumətinin başçısı əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər