Modern.az

Ermənilər bu emalatxanada əldəqayırma partladıcı hazırlayırdı - VİDEO

Ermənilər bu emalatxanada əldəqayırma partladıcı hazırlayırdı - VİDEO

27 Oktyabr 2023, 09:40

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər