Çox gözəl arzularla, istəklərlə işğaldan azad olunmuş yurdumuza 30 ildən sonra qayıdırıq. Bu, bizim üçün böyük sevincdir. Allahın verdiyi ömrü bundan sonra doğulub boya-başa çatdığımız yerlərdə yaşayacağıq. Oranı yenidən dirçəltmək istəyirik.
Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Ağalı sakini Füzuli Quliyev söyləyib.
Zəngilandan 24 yaşında məcburi köçkün düşdüyünü bildirən Füzuli Quliyev deyib: "Ağalıdan ayrılanda ağrılı-acılı, çətin günlər yaşadıq. Bu gün isə təhlükəsiz şəkildə öz yurdumuza qayıdırıq".