“Əhali sayına görə ermənilər tərəfindən vəhşicəsinə xarabalığa çevrilən şəhərlərimizin ən böyüyü Ağdam olub. Bu şəhərin sakinlərinin Xankəndiyə köçürülməsi məncə daha məqsədəuyğun olar”.
Modern.az xəbər verir ki, bu təkliflə əslən Şuşadandan olan I Qarabağ müharibəsi veteranı Bəhruz Əsədbəyli çıxış edib.
Onun fikrincə, Ağdam sakinlərinin Xankəndiyə yerləşdirlməsi ermənilərin ora geri qayıtmaq fikirlərinin üstündən də həmişəlik xətt çəkər:
“Ermənilərin Xankəndi şəhərinə geri qayıtmaq fikirlərinin üstündən birdəfəlik xətt çəkmək lazımdır. Ağdam sakinlərinin Xankəndiyə köçürülməsi "Stepanakert" deyib yaxasını cıran ermənilərə və onların dostlarına ən tutarlı cavab olar. Məncə qərar verilərsə, bu ən düzgün addım sayılar”.
Hazırda İsveçdə yaşayan azərbaycanlı yazıçı, publisist və bloger, əslən Ağdamdan olan Vahid Qazi də bu təklifi dəstəklədiyini bildirib.