Modern.az

Milli Qəhrəman İlham Əliyevi TƏBRİK ETDİ

Milli Qəhrəman İlham Əliyevi TƏBRİK ETDİ

Qarabağ

9 Noyabr 2023, 15:12

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Zəfər Bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Modern.az-ın məlumatına görə, Milli Qəhrəman Azərbaycan Prezidentinə ünvanladığı təbrikdə bildirib:

“Mən , Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Zəfər Bayramı münasibətilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edirəm!”.

Xatırladaq ki, 2001-ci ildə Azərbaycanı tərk edərək İsveçə köçən Milli Qəhrəman Şahin Tağıyev 22 ildən sonra Vətənə qayıdıb.

Hazırda Vətəndə olan Milli Qəhrəman noyabrın 3-də Şuşaya gedib, şəhəri gəzib, ata yurdunu ziyarət edib.

Modern.az Milli Qəhrəmanla əlaqə saxlayaraq, ondan Şuşa səfəri ilə bağlı təəssürtlarını öyrənməyə çalışsa da, Ş.Tağıyev üzrxahlıq edərək mətbuata danışmaq istəmədiyini vurğulayıb.

Şahin Tağıyev 1992-ci ildə yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.

Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər