ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn deyib.
“Biz Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıyıq. Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq, Rusiya sərhədə nəzarət etməyə davam edəcək”, - amerikalı diplomat qeyd edib.