Modern.az

Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə RAZILAŞIB

Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə RAZILAŞIB

Qarabağ

18 Noyabr 2023, 15:42

"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".


Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
 

"Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Nə yaxşı ki, Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə  Azərbaycan Prezidenti arasında keçirilən görüşdə baş verib",- Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, söhbət üç əsas prinsipdən gedir:

- Ermənistan Respublikası və Azərbaycan Respublikası qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisi və Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisi.

- Tərəflər delimitasiyanı Almatı Bəyannaməsi (SSRİ dövründə Ermənistan və Azərbaycan arasında mövcud olan sərhədlərlə) əsasında həyata keçirilməsinə razılaşırlar.

- Regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyası əsasında açılır, kommunikasiyalar isə qarşılıqlı münasibətlər əsasında fəaliyyət göstərir. 
 

Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar və çox vaxt bir-birini başa düşmürlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər