Modern.az

"Bu xoş günlərin gələcəyinə həmişə ümid edirdim"

Qarabağ

20 Noyabr 2023, 08:23

Bu xoş günlərin gələcəyinə həmişə ümid edirdim. Çox sevinirəm ki, Prezident İlham Əliyevin uğurlu siyasəti məni arzuma çatdırdı.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında noyabrın 20-da Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Dilbər Behbudova deyib.

 

“Zabux kəndi mənim üçün çox əzizdir. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti sayəsində öz doğma yurdumuza qayıdırıq”, - deyən Dilbər Behbudova Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşamalarını arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər