Modern.az

Hələ daha çox cani və qatillər həbs olunacaq - Deputatdan ANONS

Hələ daha çox cani və qatillər həbs olunacaq - Deputatdan ANONS

Qarabağ

25 Noyabr 2023, 09:56

Ötən günlərdə Dövlət Təhlükəsizliyi Xidməti Xocalı soyqırımında iştirak edən daha bir cinayətkarın yaxalanması barədə məlumat yayıb. Raşid Beqlaryan adlı cinayətkarin Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməsi, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməsi, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməsi müəyyən olunub.

 

O, Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib. 

 

Qeyd edək ki, Xocalı cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilk dəfə deyil. Antiterror tədbirlərindən sonra saxlanılan bir neçə şəxsin Xocalı soyqırımında iştirak etdiyi bəlli olub. Bundan başqa Xocalının Meşəli kəndində törədilən qətliamda iştirak edən Vaqif Xaçaturyana layiq olan ən yüksək cəza verilib.

 

Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına ağır iztirablar verən cinayətkarların məsuliyyətə cəlb edilməsi prosesi davam edəcək.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyir ki, Xocalı qatillərinin bir-bir saxlanılıb həbs olunması olduqca müsbət haldır:

 

"Hələ daha çox cani və qatillər də həbs olunacaq. Ermənistana qaçmış, oradan da Rusiyaya gedən ermənilərdən cinayətkarların siyahısında adı olanlar çoxdur. Zori Balayan, Robert Köçəryan, Serj Sarksiyan, Ohanyan, Babayan kimi əli azərbaycanlıların qanına batmış digər canilərin də vaxtı gələndə Azərbaycana hərbi cinayətkar kimi təhvil verilməsi prosesi baş tutacaq".

 

Xocalının deputatı vurğulayıb ki, hər bir cinayətkarın saxlanılması şəhidlərimizin ruhunu daha da şad edir:

 

"Vətən və torpaq uğrunda 10 minlərlə Azərbaycan övladı şəhədət mərtəbəsinə yüksəlib. Bu gün torpaqlarımız işğaldan azaddırsa, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunubsa, bu şəhidlərin qanı bahasınadır. Onların istəyinin baş tutması ruhlarını şad edir. Hərbi cinayətkarların həbsi ədalətin təntənəsidir. Bu da şəhidlərimizin ruhunu şad edir".

 

Deputat Raşid Beqleryanın şəxsən tanımadığını bildirib. "O, minlələrlə sıravi, cinayətkar ermənilərdən biri olub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər