Modern.az

Xankəndi stadionunda futbol oynadılar - VİDEO

Xankəndi stadionunda futbol oynadılar - VİDEO

Qarabağ

23 Noyabr 2023, 00:55

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda futbol oynayıblar.

 

Modern.az xəbər verir ki, stadiondan hazırlanan süjetdə qeyd olunub ki, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq.

 

Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi edib.

 

Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.

 

Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol meydançası 1956-cı ildə istifadəyə verilib.

 

Ətraflı süjetdə:

 
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər