Modern.az

Qarabağda sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ 

Qarabağda sülhməramlıların daha bir postu LƏĞV EDİLDİ 

Qarabağ

23 Noyabr 2023, 21:20

Rusiya sülhməramlılarının Laçın rayonunda yerləşən müşahidə məntəqəsi ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb 

 

Məlumatda bildirilib ki, sentyabrın 19-dan bu günədək Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 

Xatırladaq ki, Rusiya sülhməramlıları Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər