Ermənistan Hökuməti Dağlıq Qarabağda məskunlaşdırmanı sürətləndirmək üçün xarici ölkə şirkətlərinin fəaliyyətindən yararlanır
Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan Respublikası tərəfindən vurulan itki və tələfatların araşdırılması prosesi zamanı aparılan tədqiqatlar nəticəsində maraqlı nüanslar ortaya çıxır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin axtarışları nəticəsində məlum olmuşdur ki, Ermənistan Hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilmişdir. Bu şirkətlərin bir çoxunun Qarabağdakı fəaliyyəti rəsmi şəkildə qeyd olunmasada, faktiki olaraq rəsmi qeydiyyatda olan təşkilatların fəaliyyətində maraqlı nəticələr qeydə alınmışdır. Belə ki, Ermənistan da daxil olmaqla Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəsisələrinə 35,096,500$ investisiya yatırır, bunun da hesabına Qarabağda 1325 daimi iş yeri açılıb.
Qarabağda fəaliyyət göstərən xarici ölkələrin şirkət rəhbərləri eyni zamanda burada özlərinin 6 törəmə yəni yerli müəsisələrini də yaradıblar. Belə ki onlar bu törəmə müəsisələrə hər il 2,745,300$ investisiya yatırmaqla onlar burada daha 400 nəfərlik daimi iş yeri yaratmağa nail olublar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olmuşdur. Nəzərə alsaq ki, bu fəaliyyət ilbəil genişlənir və inkişaf edir, eyni zamanda ərazidə xeyli sayda qeyri rəsmi fəaliyyət göstərən xarici şirkətlərin də fəaliyyətini nəzərə alsaq onda Qarabağda ermənilərin məskunlaşdırma siyasətinin nə qədər ciddi olduğunu görərik.
İşğal altındakı ərazilərimizdə fəaliyyət göstərən xarici şirkətlər əsasən telekommunikasiya, parket kafel istehsalı, tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı, ağac emalı və digər fəaliyyət növləri ilə məşğul olurlar ki, bu da Ermənistanın işğalı altında olan ərazilərimizdəki təbii resurslarımızın vəhşicəsinə dağıdılmasına və qarət edilib aparılmasına şərait yaradır. Bütün bu olanlara göz yummaq, laqeyid münasibət bəsləmək ərazilərimizin, dədə-baba qəbirlərinin sürətlə və tamamilə erməniləşdirilməsinə gətirib çıxara bilər.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq aşağıda Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin bir qrupunun siyahısını onların işğal altındakı ərazilərimizdə hansı sahədə fəaliyyət göstərdiklərini, hər il nə qədər investisiya qoyduqlarını, hansı ölkəyə mənsub olduqlarını təqdim edirik. Əlbəttə tam əminliklə bildiririk ki, Qarabağda fəaliyyət göstərən şirkətlərin sayı bizə məlum olanlardan qat-qat çox ola bilər. Bunu bizim gələcək tədqiqatlarımızın nəticələri göstərəcəkdir.
Xarici ölkələrin aparıcı şirkətləri tərəfindən Dağlıq Qarabağa qoyulan investisiyalar və yaradılan iş yerlərinin miqdarı. (1999-2012)
Şirkətlərin adları |
İnvestisiyanın miqdarı | Yaradılan iş yerlərinin sayı |
Fəaliyyət sahəsi |
Ölkələrin adları | |
Xarici ölkə şirkətləri tərəfindən qoyulan investisiyalar | |||||
1. Karabakh Telecom Co | $15,000,000 | 30 | telekommunikasiya | Livan | |
2. ATA-Vank-Les Co. | $1,500,000 | 120 | Parket, kafel istehsalı | ABŞ | |
3. Sirkap Armenia Co | $1,500,000 | 50 | Otel biznesi | İsveçrə | |
4. Haik Watch and Jewelry Co. | $1,200,000 | 118 | Zərgərlik malları | İsveçrə | |
5. ArtsakhBank Co. | $1,000,000 |
| Bankçılıq | İsveçrə | |
6. Sirkap Armenia Co. | $650,000 | 85 | Tikinti materialları | İsveçrə | |
7. Iceberg-A | $500,000 | 9 | Soyutma sistemləri | Rusiya | |
8. Arvard Co. | $380,000 | 37 | Süd məhsulları | ABŞ | |
9. Shishmanian Ltd. | $350,000 | 20 | Qida emalı, makaron istehsalı | Monako | |
10.Andranik Shpon Co. | $340,000 | 25 | Ağac emalı | İsveçrə | |
11. Mika Ltd. | $287,000 |
| Şərabçılıq | Birləşmiş Kralliq | |
12. Australia Nairi Ltd. | $200,000 | 17 | Otel biznesi | Avstraliya | |
13. Yerkir Tour Co. | $200,000 | 19 | Otel biznesi | ABŞ | |
14. Sasun Co. | $123,000 | 12 | Polietilen boru istehsalı | İran | |
15. Minasian Co. | $100,000 | 35 | Xalça istehsalı | ABŞ | |
16. Oil Cracking Co. | $100,000 | 20 | Neftayrıma | Rusiya | |
17. Artsakh Gorg Ltd. | $50,000 | 45 | Xalça istehsalı | ABŞ | |
18. Stepanakert Bread Factory Co. | $26,000 |
| Çörək, makaron məmulatları | ABŞ | |
CƏMİ |
$23,506,000 |
642 |
|
| |
Ermənistan Respublikası tərəfindən qoyulan investisiyalar. | ||||
Base Metals Ltd. | $10,000,000 | 320 | Metal mədənləri | Ermənistan |
ArtsakhCable Co. | $500,000 | 23 | Kabel istehsalı | Ermənistan |
Nairi Ltd. | $442,600 | 150 | Şərabçılıq | Ermənistan |
Lusakert Ltd. | $300,000 | 150 | quşçuluq | Ermənistan |
ArmTechnoMashExport Co. | $203,600 |
| Müalicəvi çay istehsalı | Ermənistan |
Max Wood Ltd. | $144,300 | 40 | Ağac emalı | Ermənistan |
Cəmi |
$11,590,500 |
683 |
|
|
Qarabağın təbii resurslaı hesabına yaradılan yerli şirkətlər | ||||
Artsakh Alco CO. | $1,500,000 | 96 | Şərab, araq və spirt istehsalı |
|
Shoe Factory Co. | $494,300 | 114 | Geyim istehsalı | Qarabağ |
Varanda Co. | $260,000 | 30 | Çəllək istehsalı | Qarabağ |
Urartu | $160,000 | 70 | Almaz cilalama | Qarabağ |
GF Ltd. | $130,000 | 18 | Mebel istehsalı | Qarabağ |
Arj Co. | $85,000 | 25 | Konserv istehsalı | Qarabağ |
Dvin Ltd. | $70,000 | 18 | Quşçuluq | Qarabağ |
Narek Co. | $46,000 | 29 | Konserv istahsalı | Qarabağ |
Cəmi |
$2,745,300 |
400 |
|
|
Ümumil cəmi | $37 841 800 | 1725 |
|
|
Faiq İsmayılov
Tədqiqatçı-ekspert