Modern.az

Laçının İcra Hakimiyyəti öz yerinə qayıdıb? - AÇIQLAMA

Laçının İcra Hakimiyyəti öz yerinə qayıdıb? - AÇIQLAMA

Qarabağ

1 Dekabr 2023, 17:26

Bu il 28 May tarixindən - Müstəqillik Günündən başlayaraq laçınlıların doğma rayona köçü başlayıb. Laçınlılar mərhələrlərlə Laçında yerləşdirilir. Artıq 300-dən çox ailə dədə-baba yurduna qaytarılıb. 

Bəs Laçın Rayon İcra Hakimiyyəti nə zaman geri dönəcək?

Modern.az saytı bu sualla Laçın Rayon İcra Hakimiyyətinə müraciət edib. 

İcra Hakimiyyətindən bildirilib ki, hazırda Laçında işləri Prezidentin Xüsusi nümayəndəliyi koordinasiya edir.


“Hazırda Laçın Rayon İcra Hakimiyyətinin həm Bakı şəhərinin Nərimanov rayonunda - Qafur Rəşad küçəsi 20 ünvanında, həm də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində inzibati binaları mövcuddur. Laçında həyata keçirlən işləri isə Prezidentin Xüsusi Nümayəndəliyi koordinasiya edir”.

İcra Hakimiyyətinin Laçın şəhərinə nə vaxt köçürüləcəyi barədə məlumat verilməyib, bildirilib ki, bu, onların səlahiyyətində olan məsələ deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi