Modern.az

Xankəndi və Xocalıya nə qədər pul ayrılacaq?  - Baş nazir AÇIQLADI

Xankəndi və Xocalıya nə qədər pul ayrılacaq?  - Baş nazir AÇIQLADI

Qarabağ

5 Dekabr 2023, 12:00

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. 


“Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilmişdir, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. 

 

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin 3932 nəfər köçürülməsi təmin olunmuşdur. Və cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. 

 

Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”.

 

Baş nazir vurğulayıb ki, qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılmışdır. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub:

 

“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı