Modern.az

Arzum Qarabağ Univesitetində işləməkdir - Xankəndinin keçmiş müəllimləri

Arzum Qarabağ Univesitetində işləməkdir - Xankəndinin keçmiş müəllimləri

Qarabağ

5 Dekabr 2023, 14:00

Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Azərbaycanın təhsil ictimaiyyəti Qarabağda dövlət universitetinin yaradılmasını alqışlayıb. Bu, ölkə üçün çox böyük hadisə hesab olunur.


Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. 1973-cü ildən isə Xankəndi Pedaqoji İnstitutu müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

İşğala qədərki dövrdə institutda Azərbaycan və erməni sektoru var idi.

 

Modern.az Xankəndidə əvvəllər fəaliyyət göstərən müəllimlərlə danışıb.

 

Universitetin keşmiş müəllimi Məhəmməd Hüseynov deyir ki, Xankəndi Universitetində 1988-ci ilə qədər müəllimi kimi çalışıb.

 

“Mən 1974-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. O zamanlar Xankəndi Universiteti yeni açılmışdı. Mən universiteti fərqlənmə diplomu ilə bitirdiyimə görə məni bu universitetə müəllim kimi göndərdilər. 1988-ci ilə qədər orada müəllim kimi çalışmışam. Hazırda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcəbədi filialında fəaliyyətimi davam etdirirəm. Xandəndi Universiteti 1969-cu ildən 1973-cü ilə qədər ADPU-nin filialı kimi fəaliyyət göstərib. 1973-cü ildə oraya müstəqil universitet statusu verildi. Mən orada əvvəlcə baş müəllim, daha sonra dosent kimi fəaliyyət göstərmişəm. Qafqazda yeganə təhsil müəssisəsi idi ki 3 dildə-Azərbaycan, rus, erməni dillərində tədris həyata keçirilirdi. Əyani və qiyabi şöbələrdə təxminən 3000-nə yaxın tələbə təhsil alırdı. 140-a yaxın pedoqoji kollektiv var idi ki onun təxminən 40 nəfəri azərbaycanlılar idi. Qarabağ münaqişəsinə qədər burada münasibət normal idi. Lakin 1987-ci ilin sonundan etibarən ermənilərin bizə qarşı olan münasibəti mənfi mənada dəyişməyə başladı. Mən hələ bu universitetə müəllim kimi gələndə bunlarda milliyətçilik ənənələrinin olduğunu hiss edirdim. Mən bura təyinatla gəlsəm də məni süründürdülər. Mənim gənclik illərim və fəaliyyətim bu universitetlə bağlı olub. 1987-ci ildə  hiss olunurdu ki onlarda milliyətçilik əhval-ruhiyyəsi baş qaldırıb. 1988-ci ildə bizdə dekan seçkisi idi. Mövcud qaydaya görə bura azərbaycanlı dekan seçilməli idi. Bu vəzifəyə dosent Süleyman Zeynalov idi. Lakin qeyri-qanuni olaraq ermənilər həmin seçkidə ermənini dekan seçdilər. Onların həmişə bizə təyziqləri olub. Ümumiyyətlə çox çətin günlər keçirmişik. Bunun belə olması tədris prosesinə də mane olurdu. əvvəlcə normal dərs keçirildiyi halda bunlar həl halda münasibətləri korlamağa çalışırdılar. 1988-ci ilin fevral ayının 13-də günorta dərs saatlarında bir də gördük ki, dərsin 2-ci saatından sonra erməni tələbələr bir-bir universiteti tərk edir. İlk mitinqlərini başladılar. Onlar ilk vaxtlar çox qorxaqaraq, ehtiyat edərək mitinqləri keçirdirdilər. Sonradan bunların fəaliyyəti daha da genişləndi".

 

O qeyd edib ki, Xankəndi Universitetində tədris normal idi, həm ermənilər, həm də azərbaycanlı müəllimlər vəzifə tuturdu.

 

“Ümumiyyətlə Xankəndi Universitetində tədris normal idi. Universitetində elə vəzifələr var idi ki erməni, elələri var idi ki azərbaycanlı müəllimlər tuturdu. Təhsil ocağının zəngin kitabxanası var idi. Tədrisin keyfiyyəti yüksək idi, burada erməni dilindən çox rus dili işlənilirdi. Orada müəllimlər elmi işlərini müdafiə edirdilər, elmi dərəcə alırdılar. Bizim iş yoldaşlarımızdan Zabil Bayramov, Rafael Məmmədov kimi müəllim var idi ki ermənilərə qarşı olan hərəkatlarda fəal iştirak edirdilər. Oarada erməni adında bir aspirant cavan oğlan var idi. Qafqaz Albaniyasının abidələri haqqında elmi iş yazmışdı. Biz onu oxuyan zaman məlum oldu ki, o Qazqaz Albaniyasının bütün abidələrini qəsdən erməniləşdirib. O vaxtı BDU-nun prefessoru Zabil Bayramov onu ciddi şəkildə tənqid etdi. O, elmin işin bir surətini akademik Ziya Bünyadova, bir sürətini isə Dağlıq Qarabağ vilayət Dövlət Təhlükəsizlik komitəsinə göndərdi. O ilk siqnallar idi ki bunlar öz milliyətçi meyllərinə başlamışdı.”

 

 

Məhəmməd Hüseynov müəllim kimi Xankəndidə işləmək arzusunun olduğunu bildirib.

 

“Cənab prezidentimiz İlham Əliyevin Qarabağ Universitetinin yaranması haqqındakı sərəncamı bizi ürəkdən sevindirdi. Biz buna ürəkdən bəyənirik. Bu bizim təhsil strategiyamızda mühüm addımdır. Universitetin açılmasını alqışlayırıq.  Mənim həyat yoldaşım da hazırda ADPU-nin Ağcəbədi filialında baş müəllim olaraq çalışır. Əgər təklif gələrsə çox böyük həvəslə, canla-başla fəaliyyətimizi gedib orada davam etməyə hazırıq. Arzumuz da belədir. Biz sevinirik ki prezidentimiz belə sərəncam imzalayıb. biz onun bu addımını alqışlayırıq.”

 

Xankəndi Universitetinin digər keçmiş müəllimi Əliqulu Hümmətov xatırladır ki, o, 1982-ci ildə aspiranturanın istilik fizikası üzrə əyani şobəsini bitirdikdən sonra, Təhsil Nazirliyinin təyinatı ilə Xankəndi Universitetində işləməyə göndərilib.

 

"Orada 1988-ci ilə qədər həm işləyib, həm də yaşamışam. 1988-ci ildə evimizi yandırıb külə döndərib məhv etdilər. Universitetin Azərbaycan bölməsini əvvəlcə Şuşaya, sonra Gəncəyə, oradan yenidən Şuşaya və sonda Ağcabədiyə köçürdülər. O dövrdə bizim başımıza belə müsibətlər gəldi. Tədris prosesi demək olar çox yüksək səviyyədə idi. Oranın ovaxtkı tələbələri hazırda respublikanın nüfuzlu təhsil müəssisələrində çalışırlar. Hazırda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcəbədi filialında fəaliyyətimi davam etdirirəm. ADPU-nin Ağcəbədi filialında işləyən müəllimlərin böyük qismi Xankəndi Universitetinin yetirməsidir. Məsələn kafedra müdiri, tədris işləri üzrə rektor müavini, dekan, onlar mənim tələbələrim olublar. Mənə əgər yeni yaradılacaq Qarabağ Universitetində işləmək təklifi gəlsə, böyük məmnuniyyətlə gedib orada həm yaşayaram həm də çalışaram",

 

İsmayıl Bakuvi

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi