Modern.az

Hazırda Xankəndi və Xocalıda minatəmizləmə işləri aparılır - Sədr

Hazırda Xankəndi və Xocalıda minatəmizləmə işləri aparılır - Sədr

Qarabağ

6 Dekabr 2023, 12:20

"Antiterror əməliyyatlarının aparıldığı ərazilərdə 6 yaşayış məntəqəsinin minalardan təmizlənməsinə başlanılıb".

 

Modern.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

 

O bildirib ki, bundan əlavə, orada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri müxtəlif yerlərə gedirlər və ANAMA da onları müşayiət edərək dəstək verir:

 

"Hazırda Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır. Mərhələli şəkildə digər ərazilərdə də işlərə başlanılacaq". (APA)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi