Modern.az

Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin SAYI

Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin SAYI

Qarabağ

8 Dekabr 2023, 09:24

İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat yayıb.

 

Bildirilib ki, bu istisna 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir:

 

"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək.

01.12.2023-cü il tarixinə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi