Modern.az

Erməni ər-arvad Xankəndidəki “Biz və bizim dağlar” abidəsini ziyarət etdi - Yeni VİDEO

Erməni ər-arvad Xankəndidəki “Biz və bizim dağlar” abidəsini ziyarət etdi - Yeni VİDEO

Qarabağ

9 Dekabr 2023, 15:08

Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakin Sarkis Qalstyan həyat yoldaşı ilə “Biz və bizim dağlar” abidəsinin yanında gəzintiyə çıxıb.

Modern.az xəbər verir ki, Qarabağın erməni sakinlərinin gəzintisini əks etdirən video şənbə günü Ermənistan mətbuatının diqqətini çəkib.

Qonşu ölkənin KİV-ləri videonun azərbaycanlılar tərəfindən çəkildiyini ehtimal edirlər.

Xatırladaq ki, bir müddət öncə Sarkis Qalstyanın Xankəndinin komendantı təyin edildiyi barədə şayiələr yayılmışdı.

Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə “Biz və bizim dağlar” abidəsinin söküldüyünə dair saxta şəkillər yayılmışdı. Bu video “Biz və bizim dağlar”ın hazırda da öz yerində olduğunu təsdiqləyir.

Adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.
 



A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı