Modern.az

\"Dağlıq Qarabağ\"ın ləğvi qaçılmaz idi - PAŞİNYAN

\

10 Dekabr 2023, 20:33

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaradılmış qondarma qurumun ləğvinin və bu ərazilərin Azərbaycana verilməsinin qaçılmaz olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, hakim partiyanın iclasında danışıb.

 

“Bizə miras qalan danışıqlar şəraitində hadisələrin qaçılmaz gedişatı təkcə ərazilərin təhvil verilməsi deyil, həm də Dağlıq Qarabağda yaradılmış dövlət nizamının ləğvi olub”, - deyə Paşinyan təşəbbüs qrupunun iclasında bildirib. 

 

Baş nazir deyib ki, Ermənistan 30 il həll olunmayan problemə vəsait sərf edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər