Modern.az

Xankəndidə yaşayan Mişadan müraciət: \"Hər şey qaydasındadır\" - VİDEO

Xankəndidə yaşayan Mişadan müraciət: \

13 Dekabr 2023, 09:48

Qarabağın erməniəsilli sakini Mişa Qurqani Qriqoryan ermənilərə və azərbaycanlılara video müraciət edib.

 

Modern.az-ın məlumatına görə, o, hazırda Xankəndidə yaşadığını deyib:

 

“Hər şey qaydasındadır. Hər kəs məni Mişa kimi tanıyır, azərbaycanlılar mənimlə doğma qardaşı kimi davranırlar, yemək-içməyimiz qaydasındadır”.

 

M.Qriqoryan təhlükəsizlikdə olduğunu, mühafizəsiz gəzdiyini vurğulayıb:

 

“Ancaq şəhərdən kənara çıxanda, ya postu keçəndə məni müşayiət edirlər”, - deyə o bildirib.

 

Videonun sonunda o, ermənilərə və azərbaycanlılara müraciət edərək hər kəsi bir-birləri ilə dost olmağa, bir-birlərini sevməyə çağırıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu