Modern.az

Füzuliyə daha 846 ailə köçürüləcək - Xüsusi nümayəndə

Füzuliyə daha 846 ailə köçürüləcək - Xüsusi nümayəndə

Qarabağ

14 Dekabr 2023, 12:14

Füzulinin I yaşayış məhəlləsində yaşayan ailələrin sayı 846-ya çatdırılacaq.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.

 

O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.

 

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır", - deyə F.Hacıyev vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər