Keşməkeşli günlərimizin bir daha qayıtmamasını arzu edirik. Bu gün isə hamımız doğma yurdumuza qayıtdığımız üçün sevincliyik. Torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm.
Modern.az xəbər verir ki, bu sözləri dekabrın 15-də doğma yurduna qayıdan Zabux kəndi sakini Gilə Vəliyeva söyləyib.
O, Laçının mənzərəli yerləri, bulaqları üçün darıxdığını vurğulayaraq deyib: "Biz doğulub boya-başa çatdığımız yerlərdə həyatımızı yenidən quracağıq".
Gilə Vəliyeva məcbur köçkün kimi Abşeron rayonunda məskunlaşdıqlarını qeyd edib. (AzərTac)