Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub.
Modern.az xəbər verir ki, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər və gecə saatlarında yola düşüblər.
Xatırladaq ki, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıYevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.