Modern.az

Sevincimdən gecəni yatmamışam - Füzuli sakini

Sevincimdən gecəni yatmamışam - Füzuli sakini

Qarabağ

18 Dekabr 2023, 09:02

Füzuliyə qayıdış sevincimə görə gecəni yatmamışam.


Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini Məlahət İbrahimova deyib.


Onun sözlərinə görə, Füzuliyə qayıtdığı üçün sevincinin həddi hüdudu yoxdur.
"Bizim doğma diyara qayıdışımızın səbəbkarları canı-qanı bahasına torpaqlarımızı azad edən şəhidlərimiz və qazilərimizdir. Allah şəhidlərimizin rəhmət eləsin, qazilərimizə can-sanğlığı versin.


Ali Baş Komandanımıza bu günləri bizə yaşatdığı üçün təşəkkür edirik", -deyə o qeyd edib.


Xatırladaq ki, indiyədək Füzuli şəhərində 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər