Modern.az

Xankəndidəki oyuna ermənilər də baxmalıdır!

Xankəndidəki oyuna ermənilər də baxmalıdır!

Qarabağ

20 Dekabr 2023, 16:32

Sabah, dekabrın 21-də Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK oyunu baş tutacaq. Oyun Xankəndi stadionunda olacaq.

 

Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq. Oyun üçün hazırlıq işləri tam yekunlaşıb.

 

Məlumdur ki, Qarabağda bir sıra ermənilər qalıb.

 

Onların da oyuna baxması mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, Xankəndidəki ermənilər orada keçiriləcək futbol oyununa baxmalıdır:

 

“Nəzərə almalıyıq ki, "Qarabağ"-MOİK oyunun Xankəndidə keçirilməsinin siyasi və mənəvi əhəmiyyəti var. Bu onu göstyərir ki,  Azərbaycan öz mövqeyində prinsipial və qətidir. Dövlətimiz bu siyasəti sonadək davam etdirəcək. Oyunda ermənilərin iştirakına gəlincə onlar da bizim vətəndaşlarımızdır. Biz onlara öz vətəndaşımız kimi baxırıq. Hesab edirəm ki, onlar gedib bu oyuna baxa bilərlər. Əslində baxmalıdırlar. Bu, onların həm də haqqıdır. Onlar da artıq anlamılıdırlar ki, Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşı kimi də bu məslələrə yanaşmalıdırlar. Biz də reinteqrasiya məsələsinin sona kimi getməsinə çalışmalıyıq ki,qarşımıza qoyduğumuz, müəyyənləşdirdiyimiz hədəf və məqsədlərə ən qısa vaxtda çataq".

 

Xocalıdan olan deputat Elman Məmmədov ermənilər Xankəndidə keçiriləcək oyuna baxmaq hüquqları olduğunu söyləyib:

 

"Xankəndidə qalan ermənilər Azərbaycan vətəndaşı kimi yaşamağı qəbul ediblər. Azərbaycan çoxmillətli respublikadır. Bunu cənab prezident dəfələrlə bildirib. Beləliklə, Azərbaycanda dinindən, irqindən, etnik tərkibindən asılı olmayaraq, hamının hüquqları bərabər şəkildə qorunur və təmin olunur. Onlar Xankəndidə yaşayarlarsa, deməli, qanunlara tabedirlər. Onların Qarabağda keçirilən tədbirlərdə iştirakı, eləcə də futbol oyununa baxmaq hüququ var. Normal həyat yaşamaları təbiidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər