
QHT Əməkdaşlıq Alyansı prezident seçkisi günü “ekzit-poll”un keçirilməsi ilə bağlı tender elan edib.
Modern.az xəbər verir ki, Alyans seçki günü 125 seçki dairəsinin 5273 seçki məntəqəsində “ekzit-poll”un aparılmasını nəzərdə tutur.
“Buna görə də QHT Əməkdaşlıq Alyansı “ekzit-poll” keçirilməsi ilə bağlı təcrübəli QHT-lər üçün tender elan edir. Bu gündən, yəni sentyabrın 19-dan sentyabrın 22-i saat 18.00-a kimi “ekzit-poll”un aparılmasında təcrübəsi olan QHT-lər Alyansın icra katibliyinə müraciət edə bilər. Elan olunan tarixdən sonra müraciətlər qəbul edilməyəcək. QHT Əməkdaşlıq Alyansı müraciət edən təcrübəli təşkilatların resurslarından yaralanaraq, böyük bir komanda formalaşdıraraq, “ekzit-poll”un keçirilməsini nəzərdə tutur”.
Modern.az