Modern.az

ICESCO azad edilən ərazilərə yeni texniki missiya göndərəcək

ICESCO azad edilən ərazilərə yeni texniki missiya göndərəcək

Qarabağ

22 Dekabr 2023, 17:32

ICESCO işğaldan azad edilmiş ərazilərə ikinci beynəlxalq texniki missiya göndərəcək.

 

Modern.az xəbərinə görə, bu, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

 

"Hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır", - qurumun Baş direktorunun məktubunda qeyd edilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər