Modern.az

Qarabağdakı ermənilər öz xilaskarlarına, İlham Əliyevə səs verməlidirlər!

Qarabağdakı ermənilər öz xilaskarlarına, İlham Əliyevə səs verməlidirlər!

Qarabağ

26 Dekabr 2023, 09:52

7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri olacaq. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, 8 nəfərin namizədliyinin irəli sürülməsinə isə Mərkəzi Seçki Komissiyasında baxılacaq.

 

Məlum olduğu kimi, 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyulub. Bundan sonra bir çox erməni könüllü şəkildə Qarabağı tərk edib. Lakin bəzi ermənilər Qarabağda qalıb.

 

Azad edilmiş ərazilərdə də seçki məntəqələri təşkil ediləcək. MSK sədri Məzahir Pənahov bildirib ki, ermənilər can deyib, can eşitməyə hazır olsalar, onları da seçici siyahısına əlavə edə bilərik. "Ermənilər özlərini ağıllı aparsalar, Azərbaycan vətəndaşı kimi özlərini aparsalar, onları da siyahıya sala bilərik", - o qeyd edib.

 

Bu bir faktdır ki, Azərbaycanın keçirdiyi birgünlük antiterror tədbirləri indi Qarabağda qalan ermənilərin hərbi xunta rejimindən xilasına səbəb olub. 

 

Belə olan halda sual meydana çıxır, əgər ermənilər səsvermədə iştirak etsələr, kimə səs verəcəklər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Qarabağda qalan ermənilərin İlham Əliyevə səs vereməli olduqlarını bildirib:

 

"Cənab prezidentimiz onları 30 ildən çox əsarətdə saxlayan hərbi xunta rejiminin əlindən xilas etdi. İndi Azərbaycan ərazisində azad yaşayırlar. Onlar Azərbaycan ərazisində qalırlarsa, deməli, artıq vətəndaşlığımızı qəbul ediblər. Buna şübhə ola bilməz. Deməli,bütün Azərbaycan vətəndaşları kimi onların da seçkidə iştirak etmək hüquqları var. Lakin Azərbaycan demokratik dövlətdir. Azərbaycanda heç kimə məcburiyyət, təzyiq yoxdur ki, kimə səs versin. Seçkidə iştirak etmək hər bir vətəndaşın konstitusyon borcudur. Fərdin seçkidə kimə səs verməsi öz müstəqil rəyindən asılıdır. Onlar erməniliyi buraxıb, biraz ağıllı fikirləşələr, onları əsarətdən azad edən, onlara azad yaşamaq hüququ verən şəxsə, yəni cənab Prezident İlham Əliyevə səs verərlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər