2023-cü il işğaldan azad edilmiş Qarabağ üçün quruculuq ili olub. Prezident İlham Əliyev dəfərlərlə Qarabağa səfər edərək ictimai binaların, kəndlərin və digər insfrasturuktur obyektlərinin təməlini qoyub, görülən işlərlə tanış olub.
Şübhəsiz ki, bu il Qarabağa səfərlər sırasında ən vacibi antiterror tədbirlərindən sonra dövlət başçısının Xankəndiyə səfəri olub.
Modern.az Prezident İlham Əliyevin 2023-cü ildə Qarabağa səfərlərini araşdırıb.
Martın 18-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtərdə olublar. Onlar Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında, Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər, Suqovuşanda tam orta məktəbində yaradılan şəraitlə, Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə, Talış kəndində görülən işlərlə tanış olublar.
Şuşada beynəlxalq konfrans...
Dövlət başçısı və birinci xanım mayın 2-də Ağdamda səfərdə olub və bir sıra mühüm obyaktlərin təməli qoyulub. Ertəsi gün İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib. Mayın 4-də isə dövlət başçısı Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan şəhərlərində olub, bir neçə kəndin əsası qoyulub.
Mayın 5-də isə İlham Əliyev və Mehriban Əliyeva Xocvənd və Füzuli rayonlarında olublar. Hadrutda ictimai binalarla tanışlıq olub. 3 gün sonra Prezident və birinci xanım yenidən Şuşaya səfər ediblər.Onlar Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. Mayın 10-da İlham Əliyev Şuşa şəhərində xalq müraciət ünvanlayıb.
Mayın 27-də prezident İlham Əliyev Kəlbəcərin Zallar və Yanşaq kəndlərinin təməlini qoyub, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub. Daha sonra dövlət başçısı Laçına gedib və burada Zabux sakinləri ilə görüşüb. İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.
Tatarıstandan gələn qonaq...
İyunun 17-də İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə birlikdə yenidən Qarabağda olub. Onlar Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər, Zəngilan rayonunun Ağalı kəndində olublar. Səfərdən sonra liderlər Zəngilan Beynəlxalq Hava Limanından Bakıya yola düşüb.
İyulun 20-də İlham Əliyev Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub, ertəsi gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi, Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə, Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Çanaqçı və Sığnaq kəndlərində olub. Dövlət başçısı Şuşa Qlobal Media Forumunda çıxış edib.
Mirziyoyev də Şuşaya getdi...
Avqustun 23-də Prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Füzuli rayonuna gəlib. Burada Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Daha sonra Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər.
Bundan 3 gün sonra İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçında olub. Bir sıra obyktlərin təməli qoyulub, tikintisi ilə tanışlıq olub. Səfər zamanı Kəlbəcərdə Kiçik Su Elektrik stansiyalarının açılışı olub, prezident və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işləri ilə tanış olublar. Onlar Laçının Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər
Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarında olub. Dövlət başçısı bir sıra kəndlərin və yaşayış komplekslərinin təməlini qoyub.
Xankəndiyə tarixi səfər
Oktyabr ayının 17-də antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində, Şuşa rayonunun Malıbəyli kəndində Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub, buralarda dövlət bayrağımızı ucaldıb. Ali Baş Komandan Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı Füzuliyə də səfər edib və şəhər ictimaiyyəti ilə görüşüb.
Zəfər paradı
Dövlət başçısı Zəfər Günündə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Vəngli kəndində olublar, Şuşada bir sıra açılışlarda iştirak ediblər. Həmin gün Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Prezident paradı qəbul edib və burada çıxış edib. Daha sonra İlham Əliyev Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.
Dekabrın sonunda dövlət başçısı Xocalı, Xocavənd və Şuşada olub. İlham Əliyev Xankəndi stadionunda çıxış edib və “Qarabağ”ın oyununu izləyib.
Modern Təhlil və Araşdırma Qrupu