Modern.az

Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatacaq

Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatacaq

27 Dekabr 2023, 16:02

Ağdam şəhərinin Baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Məmməd Məmmədov deyib.

 

O bildirib ki, Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.

 

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometr olacaq. Yolun torpaq yatağının eni 55-60 metr təşkil edəcək və 6-8 hərəkət zolağından ibarət olacaq. Yolların 50 kilometr hissəsində hərəkət zolaqlarının sayı 4 olmaqla, torpaq yatağının eni 34-40 metr, 122,2 kilometr hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla, torpaq yatağının eni 20-24 metr təşkil edəcək. Artıq ikinti işlərinə başlanılıb.

 

Birinci mərhələ üzrə avtomobil yolunun 58,7 kilometr hissəsinin tikintisi nəzərdə tutulur. Ümumilikdə isə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər