Modern.az

Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi

Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi

Qarabağ

27 Dekabr 2023, 16:46

Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

 

Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanında əksini tapıb.

 

Fərmanla “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 720) 1.6-cı bəndinə “Ağdam,” sözündən sonra “Ağdərə,” sözü əlavə olunub.

 

Dəyişikliklə Ağdərə Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

 

Qarabağ iqtisadi rayonunun tərkibinə - Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər