Modern.az

Hərbçilərin sürücülük və atəş bacarıqları yoxlanıldı - VİDEO

Hərbçilərin sürücülük və atəş bacarıqları yoxlanıldı - VİDEO

13 Yanvar 2024, 10:19

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir.

Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib.

Hərbi qulluqçular zirehli döyüş texnikasının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər