Modern.az

Qarabağ separatçılarının keçmiş komandanı məhkəməyə çıxarılır

Qarabağ separatçılarının keçmiş komandanı məhkəməyə çıxarılır

Qarabağ

23 Yanvar 2024, 09:08

Qarabağdan qovulmuş qondarma “Artsax” separatçılarının keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan məhkəməyə çıxarılır.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Cəlal Arutyunyanla bağlı cinayət işinə Sisian məhkəməsində hakim Qarik Abelyanın sədrliyilə baxılacaq.

İlk iclas yanvarın 25-də keçiriləcək. Məlumata görə, məhkəmə iclasına ev dustaqlığında olan Cəlal Arutyunyanın özü də gələcək.


Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə günlərində, xüsusilə oktyabrın 12-də ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifələrə vicdansız və səhlənkar münasibətdə ittiham olunur.


Arutyunyan ittihamı qəbul etmir, vəkili Arsen Sardaryan cinayət təqibinin dayandırılması barədə vəsatət verib. “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan belə bir əməldə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən ayrı-ayrı batareyaların rəhbərləridir”, - Sərdaryan bildirib.


Cəlal Arutyunyana qarşı 44 günlük müharibə zamanı Qarabağın cənub istiqamətində əks-hücum həyata keçirdiyinə görə başqa cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bu epizodda Cəlal Arutyunyanın təqsirsizliyi sübuta yetirilib, ona qarşı cinayət təqibi dayandırılıb.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər