
Qafqaz Universitetində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində müdir vəzifəsində çalışmış Rəcəb Rzayev artıq “Zaman” qəzetində fəaliyyətini davam etdirir. Bu haqda
Modern.az saytına Rəcəb Rzayev özü məlumat verib.
“Qafqaz Universitetində şöbə müdiri vəzifəsindən ayrıldıqdan sonra yenidən fəaliyyətimə “Zaman” qəzetində davam etməyə qərar verdim. İlk iş yerim də bu qəzet olub. 1992-1999- cu ilə qədər burda çalışmışam. Çünki buranın mənim üçün ən uyğun iş yeri olduğunu düşünürəm. Artıq sentyabrın 15-dən etibarən “Zaman” qəzetində saytın nəzarətçisi işini öz öhdəmə götürmüşəm. Çünki mən mətbuatdan başqa bir sahədə işləyə bilmərəm”, – deyə Rəcəb Rzayev vurğulayıb.
Qeyd edək ki, Rəcəb Rzayev 1992-1999-cu illərdə "Zaman" qəzetində müxbir, "Zaman" qəzeti nəzdində fəaliyyət göstərən "Cihan" reklam şirkətinin reklam müdir müavini, həmin qəzetin nəzdində olan "Avtotime" jurnalının müxbiri vəzifəsində çalışıb. 2000-ci ildən Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsində fəaliyyətini davam etdirib. 2001-ci ildən etibarən Qafqaz Universiteti Hüquq bölməsində magistratura təhsili alıb.
Pərvin Arzuqızı