Modern.az

Xankəndiyə yeni rəis təyin edildi

Xankəndiyə yeni rəis təyin edildi

Qarabağ

12 Fevral 2024, 18:13

Polis polkovniki Zaur Nəsirov Xankəndi Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Qeyd edək ki, bundan əvvəl Zaur Nəsirov Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

1980-ci il təvəllüdlü Z.Nəsirov Xankəndidə anadan olub. O, əvvələr Bakı şəhər Xətai rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini də olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu