Modern.az

Xankəndinin yeni polis rəisi kimdir... - FOTO

Xankəndinin yeni polis rəisi kimdir... - FOTO

Qarabağ

12 Fevral 2024, 19:59

Xəbər verdiyimiz kimi, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Zaur Nəsirov Xankəndiyə polis rəisi təyin olunub.

 

Modern.az yeni təyin olunan rəisin tərcümeyi-halını təqdim edir.

 

Zaur Zakir oğlu Nəsirov 1980-ci ildə Xankəndidə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdəndən sonra daxili işlər orqanlarında təhqiqatçı, müstəntiq, baş müstəntiq, Göyçay polis şöbəsində istintaq bölməsinin rəisi, Bərdə rayon polis şöbəsinrə istintaq bölməsinin rəisi, əməliyyat işi üzrə rəis müavini, Xətai rayon polis idarəsində əməliyyat işi üzrə rəis müavini olub. 2021-ci ildən Göygöl rayonunda polis rəisi işləyir. Polis polkovniki ailəlidir, 3 övladı var.

 

Polkovnik Nəsirov 2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinib sərəncamı ilə Vətən uğrunda medalı ilə təltif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir