Modern.az

Turşsu kəndi belə qurulur - FOTOLAR

Turşsu kəndi belə qurulur - FOTOLAR

Qarabağ

13 Fevral 2024, 15:22

Erməni işğalı zamanı dağıdılan yaşayış yerlərindən biri də Şuşa rayonunun Turşsu kəndidir. Bura həm turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilir. Artıq digər ərazilər kimi Turşsu kəndi də azadlığının ilk baharına doğru yol alıb və yenidən qurulur.

 

Modern.az xəbər verir ki, Turşsu kəndinin layihə rəhbəri Elnur Abdullayev AZƏRTAC-a kənddə görülən işlərlə bağlı açıqlama verib. "Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu kəndi Sarıbaba silsiləsinin Kiçik Kirs dağı ətəyində dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir, ümumi ərazisi 122,7 hektardır. Əraziyə aparılan ilkin baxış zamanı bütün evlərin dağıldığı müəyyən edildiyi üçün, yaşayış yerinin yenidən qurulması və layihələndirilməsi qərarı verilib. Bu baxımdan 353 evin tikintisi nəzərdə tutulub. Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır.

 

Kənddə infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq. “Tikinti işləri vahid memarlıq üslubunda görüləcək. Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub. "Kəndin adını götürdüyü və yaxınlıqda yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur. Gələcəkdə burada kempinq tipli istirahət mərkəzinin yaradılması planlaşdırılır. Hazırda ərazidə hazırlıq işləri davam edir və yaxın günlərdə tikintiyə start veriləcək", deyə layihə rəhbəri bildirib.

Turşsu kəndi vahid memarlıq üslubunda yenidən qurulur VİDEO

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir